Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hemodializ və immunosupressiv xəstələrdə COVID-19 profilaktika qaydaları

Hemodializ və immunosupressiv xəstələrdə COVID-19 profilaktika qaydaları

Tarix: 14 Aprel 2020 09:21

Qlobal problemə çevrilən koronavirus COVID-19-a qarşı dünyada ciddi mübarizə aparılır. Bu infeksiyaya yoluxanların sayı hər an artır. Risk qrupuna daxil olan hemodializ və immunosupressiv xəstələrin koronavirusa yoluxma ehtimalı daha yükşək ola bilər. Belə ki, bu virus xroniki xəstəliyi olan və immun sistemi zəif olan insanlara daha tez təsir edir və bu virusun ağırlaşmaları onlarda daha çox qeyd olunur.

Hemodializ və immunosupressiv xəstələrin bu virusdan qorumaq üçün onlara xidmət göstərən tibbi personal xüsusi qaydalara riayət etməlidir. Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi Mirmənsim Məmmədov bu barədə ətraflı məlumat verib.

Sonxeber.net Trend-ə istinadən qaydaları sizə təqdim edirik:

• Dializ xəstələrinin yaxınlarının xarici ölkələrə səfərləri və təmasları haqqında periodik məlumat toplanmalıdır;

• Dializ xəstələrinə və onların yaxınlarına koronavirus COVID-19-un simptomları, fəsadları və profilaktikası haqqında ətraflı məlumat verilməlidir;

• Dializ seansından öncə xəstəyə zəng edillib, onun sağlamlığı haqqında məlumat alınmalıdır. Xəstədə temperatur, öskürək, təngənəfəslik və konyuktivit kimi simptomların olmaması dəqiqləşdirilməlidir;

• COVİD-19 simptomları olan xəstələr üçün dializ mərkəzlərində ayrıca girişi olan gözləmə yeri və dializ otaqları ayrılmalıdır;

• Dializ seansı qəbul edən xəstələr ictimai nəqliyyat vasitələrindən istifadə etməməlidirlər. Dializ xəstəsinin gətirildiyi nəqliyyat vasitəsində N 95 maskası, spirt tərkibli əl dezinfektantı kimi gigiyenik vasitələr olmalıdır. Avtomobildə olan şəxslərin hər biri maska taxmalıdır;

• Gözləmə otağında maska və əl dezinfektantı kimi gigiyenik vasitələr olmalıdır. Xəstə və onun yaxınları maska taxmalıdır. Temperaturu və təngənəfəslik kimi simptomları olan xəstələr dərhal test olunmaq üçün uyğun müalicə müəssisəsinə göndərilməlidir;

• Gözləmə və müalicə otaqlarında havalandırma sistemi olmalıdır;

• Xəstələr dializ seansı zamanı maska taxmalı və yemək yeməməyə çalışmalıdırlar. Hipoqlikemiyanın qarşısını almaq üçün şəkərli qidalardan istifadə edilə bilər;

• Dializ seansından əvvəl və sonra bütün xəstələrin temperaturu ölçülməli, 37,2ºC və üzərində olanlar şübhəli xəstə kimi dəyərləndirilməlidir;


Etiketlər:  Hemodializ immunosupressiv xəstələrdə COVID profilaktika qaydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ