Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni “iPhone” modelləri necə olacaq?

Yeni “iPhone” modelləri necə olacaq?

Tarix: 14 Aprel 2020 12:45

Bu il “Apple” şirkəti tərəfindən təqdim ediləcək yeni smartfon modelləri görünüş baxımından “iPad” planşetini xatırladacaq. Bu barədə “Bloomberg” nəşri öz mənbələrinə istinadən yazır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yeni modellərin əvvəlkilərlə müqayisədə daha dəyirmi küncə və tamamilə düz ekrana malik olacağı ehtimal edilir. “iPhone 11 Pro” və “iPhone 11 Max” aparatlarının varisi olacaq iki model üç əsas kamera, bir neçə ucuz versiya isə iki kamera ilə təchiz ediləcək. Bütün modellər “5G” texnologiyasını dəstəkləyəcək.

 

Bundan başqa, qurğular əlavə edilmiş reallıq proqramları ilə işləməyə imkan verən sistemlərə malik olacaq.

 

Şirkətin nümayəndəsi bu barədə şərh verməkdən imtina edib.

 

Emil Hüseynov




Etiketlər:  Yeni iPhone modelləri necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ