Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik rəsmisi sualları cavablandırdı - Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - VİDEO

Nazirlik rəsmisi sualları cavablandırdı - Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - VİDEO

Tarix: 14 Aprel 2020 16:36

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzTv-nin efrində sualları cavablandırıb

Daha ətraflı məlumatı videonu izləyib öyrənə bilərsiz:


Etiketlər:  Nazirlik rəsmisi sualları cavablandırdı Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ