Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 17:16
Bakı. Trend:
Avropa İttifaqı 2020-ci il büdcəsində qalan bütün pulları koronavirus pandemiyası və onun fəsadları ilə mübarizəyə ayırmaq qərarı verib.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurası bildirib.
Qeyd olunur ki, Aİ Şurası 2020-ci il büdcəsini dəyişən iki qərar qəbul edib. Belə ki, dəyişikliklərə əsasən büdcənin xərcləri 3,57 milyard avro artırılaraq 172, milyard avroya, gəlirləri isə 1,6 milyard artırılaraq, 155,2 milyard avroya çatıb.
Xatırladaq ki, bu günədək dünyadan koronavirusa 1,9 milyondan çox şəxs yoluxub, 120 mindən çox xəstə həyatını itirib.