Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Microsoft-dan gözlənilməz Windows 10X qərarı

Microsoft-dan gözlənilməz Windows 10X qərarı

Tarix: 14 Aprel 2020 20:52

Microsoft-un yeni əməliyyat sistemi Windows 10-un cüt monitorlu kompüterlər üçün nəzərdə tutulmuş versiyası olan Windows 10X-də yenilik ediləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən versiya eyni vaxtda fərqli ekranlarda yan-yana iki ayrı tətbiqdə işləmək üçün hazırlanıb.

Şirkət rəsmiləri bu versiyada dəyişiklik etmək qərarı veriblər. Belə ki, Windows 10X-də standart kompüterlərdə iş üçün yenilənmə qərarı verilib.  

Daha öncə 2020-ci ildə Asus, Dell, HP ve Lenovo kimi firmalar Windows 10X əməliyyat sisteminə malik iki monitorlu cihazların kütləvi satışına başlaycağı deyilsə də, verilən qərardan sonra bu, o qədər də real görünmür.

Milli.Az


Etiketlər:  Microsoft gözlənilməz Windows qərarı


RƏYLƏR