Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Prezidenti: Kənd təsərrüfatında emal sahəsinə daha çox diqqət yetirilməlidir

Azərbaycan Prezidenti: Kənd təsərrüfatında emal sahəsinə daha çox diqqət yetirilməlidir

Tarix: 14 Aprel 2020 22:57

Bu il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur. Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.

Dövlət başçısı deyib:

"Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Əlbəttə ki, kiçik sahibkarlar da yaddan çıxmamalıdır".


Etiketlər:  Azərbaycan Prezidenti Kənd təsərrüfatında emal sahəsinə daha çox diqqət yetirilməlidir


RƏYLƏR