Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO)

Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO)

Tarix: 15 Aprel 2020 10:48

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda oğurluq hadisəsi baş verib. Hadisə ötən axşam saat 21:00 radələrində Səbail rayonu ərazisində yerləşən "Sahil Inn" hotelində qeydə alınıb.

Oğurluq hadisəsi hoteldə gecələyən şəxs tərəfindən törədilib.

Zərərçəkmiş şəxsin Trend-ə verdiyi məlumata görə, hoteldə gecələmək üçün qeydiyyatdan keçən Ərəbov Zaur adlı şəxs, binanın arxa həyətinə baxan pəncərədən qaçıb və özü ilə televizor aparıb:

"Həmin şəxs hoteldə xanımla qalırdı. Hadisə baş verən axşam qadın qulağında telefon, guya danışırmış kimi hoteldən çıxaraq uzaqlaşıb. Z.Ərəbov isə 21:00 radələrində hotelin pəncərəsindən tullanaraq qaçıb. Hadisə barədə polisə müraciət etdik. Sözügedən şəxsin əsl adının Novruzov Atilay olduğu məlum oldu. Hazırda faktla bağlı araşdırma aparılır".

Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO) - Gallery Image Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO) - Gallery Image Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda hoteldə gecələyən şəxs pəncərədən qaçdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ