Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Moyes mənim üçün ata kimi idi” - “Qarabağ”ın futbolçusu

“Moyes mənim üçün ata kimi idi” - “Qarabağ”ın futbolçusu

Tarix: 15 Aprel 2020 13:20

"Qarabağ"ın futbolçusu Maqaye Geye İngiltərə mətbuatına müsahibə verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Liverpul klubunda çıxış etdiyi zaman baş məşqçi olan Devid Moyes haqqında danışıb:

"Moyes mənə qarşı çox sərt davranırdı. Amma o vaxt səbəbini bilmirdim. İndi başa düşürəm ki, mənə inandığı üçün belə edirmiş. O, etimadını göstərir və məndən çox şey gözləyirdi. Fikrimcə, Moyes istedadıma güvənirdi. Hər zaman dəstək oldu. Devid Moyesi ata kimi görürəm, çünki o, mənə oğlu kimi davranırdı. Moyes komandadan gedəndə mənim üçün çox şey dəyişdi. Çünki o məni "Everton"a aparmışdı".

Ağdam klubunun forvardı Moyesi postunda əvəzləyən Roberto Martines haqqında da danışıb: "O, yaxşı insan idi. Martinesə qarşı pis bir hissim yoxdur. Hər məşqçi kimi o da öz oyunçularını komandaya gətirdi və taktikanı dəyişdi. Onun futbol baxışı mənə yad deyildi, lakin mən daha çox Devid Moyesin rəhbərliyi altında oynamaqdan zövq alırdım. Martines hər şeyi dəyişdi və mənim ona lazım olmadığımı bildirdi".

Qeyd edək ki, Maqaye Qeye 2010 - 2014-cü illərdə "Everton"da çıxış edib və 24 oyuna 1 qol vurub. O, ötən ilin iyulundan "Qarabağ"da oynayır.


Etiketlər:  Moyes mənim üçün kimi Qarabağın futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ