Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 18:40
İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirusa görə dayandırılan A Seriyasında mövsümün tamamlanmasını istəyir.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə Qravina öz açıqlamasında deyib:
"Elmə hörmət edirəm, ancaq niyyətimizdən dönə bilmərik. Hazırda nə vaxt oynamağa başlayacağımız deyil, necə oynayacağımız üzərində çalışırıq.
İtaliyada digər sektorlarda da vəziyyət düzələndə, futbol da geri qayıdacaq. Bunu bir daha və hər kəs üçün deyirəm, A Seriyasının tamamlanması lazımdır, hələ zamanımız var".
Qeyd edək ki, A Seriyası koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınıb.