Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“LG” şirkəti “Folder 2 4G” “ağıllı” telefonunu təqdim edib

“LG” şirkəti “Folder 2 4G” “ağıllı” telefonunu təqdim edib

Tarix: 16 Aprel 2020 08:36

"LG" şirkəti "Folder 2 4G" adlı açılıb-qatlanan formada olan qeyri-adi cihazını təqdim edib. Yeni cihaz ənənəvi düyməli aparat dizaynında hazırlanıb, amma əvvəlki nəsillə müqayisədə səs köməkçisi daxil olmaqla çoxlu sayda faydalı funksiyalar dəsti əldə edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon 1,1 QHs takt tezlikli 4 nüvəli "Snapdragon 210" prosessoru ilə təchiz edilib və "4G" şəbəkələrini dəstəkləyir. Qurğu 1 QB əməli və 8 QB daxili yaddaşla, həmçinin daşıyıcının tutumunu 32 QB-dək artırmaq üçün "microSD" slotu ilə təchiz edilib. Model 1470 milliamper/saat tutumlu akkumulyatora malikdir.

"Folder 2 4G" qurğusu 2 mp-lik əsas kamera, FM radio modulu və "AI Voice" səs köməkçisinə sürətli daxilolma düyməsi ilə təchiz edilib. Qurğuya quraşdırılmış əməliyyat sisteminin versiyası haqqında məlumat yoxdur.

Milli.Az


Etiketlər:  LG şirkəti Folder 2 4G ağıllı telefonunu təqdim edib


RƏYLƏR