Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azercell-dən Ramazan Bayramı münasibətilə yeni kampaniya

Azercell-dən Ramazan Bayramı münasibətilə yeni kampaniya

Tarix: 1 Iyun 2019 13:36

Bakı. Trend:

Sərfəli tariflərlə ünsiyyəti daha da əlçatan edən Azercell, Ramazan bayramı ərəfəsində müştərilərini yeni kampaniya ilə sevindirir. Belə ki, 31.05.2019-06.06.2019 tarixləri ərzində fakturasız xətt abunəçiləri 5005 qısa nömrəsinə BAYRAM açar sözünü göndərib, balansına 5 AZN və daha çox vəsait yükləyərək, eyni məbləğdə bonus qazanacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, ödəniş üsulundan asılı olmayaraq, 5AZN/10AZN/25AZN/50AZN/100AZN dəyərində yüklənişlərə təqdim edilən bonus şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/ramadan2019/ səhifəsinə daxil olun.

Bu bayramda Azercell ilə öz doğmalarınıza bir zəng qədər yaxın olun!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azercell dən Ramazan Bayramı münasibətilə yeni kampaniya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ