Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 14:24
Bakı. İlhamə İsabalayeva - Trend:
Abşeronun zoonoz xəstəliklərdən azad zona elan edilməsinə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı artıq müsbət fikrini bildirib.
Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, müvafiq dövlət qurumları ilə birgə Abşeronu xəstəlikdən azad zona elan edəcəklər:
"Hazırda bunun üçün hazırlıq tədbirləri həyata keçirilir. Eyni zamanda, Abşeron ərazisində həm fərdi təəssərüfatların, həm də sahibkarlıq strukturlarında olan təəssərüfatların hamısında qeydiyyat aparılır. Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və müvafiq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğu prosedur qaydalara əsasən tədbirlərimizi həyata keçirməyə başlayacağıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin