Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 14:20
"Tottenhem"in ev oyunlarını keçirdiyi stadion koronavirusla mübarizə mərkəzinə çevrilib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, "Tottenhem Hotspur Arena"sında koronavirus testlərinin həyata keçirilməsinə başlanılıb. Yerli xəstəxanalardan birində yer çatışmazlığı olduğu üçün, "Tottenhem"in stadionundan istifadə etmək məcburiyyətində qalıblar.
London klubu stadionunun qapılarını koronavirusla mübarizə üçün açan ilk Premyer Liqa təmsilçisi olub. Arenada gündəlik azı 70 koronavirus testinin həyata keçiriləcəyi bildirilib.