Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ADY Express”: Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

“ADY Express”: Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

Tarix: 16 Aprel 2020 14:24

Bakı. Ceyhun Ələkbərov - Trend:

2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-dən bildirilib.

Qeyd edilir ki, Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün, yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. MMC-nin tərkibində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən, “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.

Koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, ADY Express “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirləri həyata keçirirb. Depoda növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.

Bunun nəticəsində “Şərq” vaqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliiət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitində davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.


Etiketlər:  Express Şərq vaqon deposunda vaqon təmir edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ