Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 15:48
Bakı. Trend:
Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, bu qərar parlamentdə müzakirə olunduqdan sonra hökumətin növbədənknar iclası zamanı açıqlanıb.
Bildirilib ki, fövqəladə vəziyyət mayın 6-dək davam edəcək.
Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi.
Bu günədək Yaponiyada 8 600-dən çox insan koronavirusa yoluxub, 178 nəfər bu virusdan həyatını itirib.