Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 18:15
"Mənə yığıblar ki, darvazam köhnədir onu düzəltdirin. Deyirəm, ac olan ailələr var, siz nə danışırsınız, darvaza vaxtıdır?".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Bizimləsən" verilişində deyib. Son günlər koronavirus infeksiyasına görə çalışmayan ailələrə ərzaq yardımı edən müğənni ona gələn zənglərdən danışıb.
İsgəndərli bildirib ki, toy məclisləri olmadığı üçün pulu qurtarıb:
"Evdə üç körpə uşaq var. Xəstə anam, atam... Toy da yoxdur, artıq pulum tükəndi. İndi oğlumun əlinə baxıram. Dəmiryolunda çalışır. Maaş alır gətirir, biz də onla dolanırıq.
Bir gündə mənə 500 adam yardım üçün zəng etdi. Onların hamısına kömək edə bilərəm? Mənə dəstək oldular, mən də yardım etdim".