Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 ildən sonra Tesla hər il 1,2 milyon elektromobil satacaq

5 ildən sonra Tesla hər il 1,2 milyon elektromobil satacaq

Tarix: 16 Aprel 2020 22:08

"Nə qədər ki, neftin qiyməti aşağı səviyyədə qalır və qlobal iqtisadiyyatı təhlükəli böhran gözləyir Tesla öz sferasında olan rəqiblərindən daha üstün olacaq".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Credit Suisse" mütəxəssisləri "COVID-19" pandemiyasının Tesla-nın elektromobil bazarında vəziyyətini şərh edərkən bildiriblər.

"Tesla şirkətinin səhmləri 415 dollardan 580 dollara qaldırılıb. Hazırda isə Tesla şirkətinin səhmləri birja bazarında 730 dollar təklif olunur", - deyə "Credit Suisse" mütəxəssisləri qeyd ediblər.

Analitiklərin fikrincə, baş verən böhran ənənəvi avtomobil istehsalçılarının elektrikli nəqliyyat vasitələrinin istehsalına keçidini xeyli çətinləşdirəcək. Çünki bu proses həm böyük kapital xərclərini, həm yaxın qlobal əməkdaşlıq tələb edir.

Ekspertlər hesab edirlər ki, 2025-ci ildə Tesala hər il 1,2 milyon elektromobil satışa çıxaracaq.

Qeyd edək ki, keçən ay şirkət milyonuncu elektromobilini satışa buraxdı. Bu ilin sonunadək isə 500 min nəqliyyat vasitəsini istehsal etməyi planlaşdırır.


Etiketlər:  ildən sonra Tesla hər milyon elektromobil satacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ