Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

GitHub artıq komandalar üçün pulsuzdur

GitHub artıq komandalar üçün pulsuzdur

Tarix: 16 Aprel 2020 22:48

GitHub CEO-su Nat Friedman, GitHub-un dərc etdiyi blog yazısında  komandalar üçün bu platformanın artıq pulsuz olduğunu elan etdi.

Microsoft-un 2018-ci ildə satın aldığı dünyanın ən populyar kod deposu olan GitHub-un keçən ay iOS və Android platformaları üçün tətbiqetmələrini yayımlamışdı.

Proqram təminatçıları əvvəllər GitHub-dan istifadə etmək istədikdə, ödənişli paketlərdən birinə abunə olmalı idilər. Bu, proqram təminatını inkişaf etdirən qrupların GitHub alternativlərinə yönəlməsinə səbəb oldu. Fridman öz blog yazılarında ödənişin proqram təminat qruplarının GitHub-dan istifadəsi üçün bir maneə olduğunu bildirdi.

Bu inkişafla proqram təminatını inkişaf etdirən qruplar indi CI / CD, layihə idarəetməsi və kod icmalları kimi xüsusiyyətlərdən pulsuz istifadə edə biləcəklər.

GitHub tamamilə pulsuzdur?

Xeyr, korporativ xüsusiyyətlər, fərdiləşdirilmiş müştəri dəstəyi kimi daha inkişaf etmiş xüsusiyyətlərdən istifadə etmək istəyən komandalar pullu abunələrdən faydalana biləcəklər. Əvvəllər ayda bir istifadəçi üçün 9 dollardan ibarət olan komanda planı bu inkişafla ayda 4 dollara endirildi.  Planlar da aşağıdakı kimi yeniləndi.

GitHub, bir il əvvəl ödənişli olan limitsiz xüsusi depolama xüsusiyyətini pulsuz etdi. Göründüyü kimi, GitHub, versiyaya nəzarət və kod depolama sahəsində liderliyini davam etdirmək və böyüməsini davam etdirmək üçün Microsoft dəstəyi ilə proqram ekosistemini dəstəkləməyə davam edəcəkdir.

Milli.Az


Etiketlər:  GitHub artıq komandalar üçün pulsuzdur


RƏYLƏR