Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin plenar və komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Milli Məclisin plenar və komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək

Tarix: 17 Aprel 2020 12:44

Milli Məclisin plenar iclasları və komitə iclasları videokonfrans sistemi vasitəsilə keçiriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur:

"Karantin rejiminin tətbiq edilməsi, sanitar-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclisin 42 deputatının müraciəti əsasında Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".

Bu Qanun 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Təklif üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.


Etiketlər:  Milli Məclisin plenar komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ