Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

Dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir

Tarix: 17 Aprel 2020 18:02

Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı yeni qaydalar müəyyən edilir.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.

Dəyişikliklər Milli Məclisin plenar iclasında səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  Dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ