Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mançester Siti”nin sabiq futbolçusuna ağır cəza

“Mançester Siti”nin sabiq futbolçusuna ağır cəza

Tarix: 17 Aprel 2020 18:06

“Mançester Siti”nin sabiq futbolçusu Dikson Etuhu cəzalandırılıb.

Qol.az Britaniya mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi oyun alqı-satqısında iştirak etməkdə ittiham olunur.

Etuhunun AİK-də çıxış edərkən “Göteborq”la matçdan əvvəl rəqib komandanın qapıçısına oyunu satması üçün 160 min funt təklif etdiyi iddia olunurdu. Qolkiperin bununla bağlı dərhal polisə məlumat verdiyi və məhz bu səbəbdən oyunun baş tutmadığı bildirilmişdi.

Məsələ ilə bağlı araşdırmalarını davam etdirən İsveç Futbol Federasiyası Etuhunun danışılmış oyunlarda iştirak etdiyini təsdiqləyib. Federasiya keçmiş futbolçunu 5 illik futbol yarışlarından diskvalifikasiya edib.

Qeyd edək ki, “Mançester Siti”nin yetirməsi olan Etuhu, karyerası ərzində “Preston”, “Norviç”, “Fulhem”, “Sanderlend”, AİK kimi klublarda çıxış edib. O, 2017-ci ildə karyerasını bitirib.

 


Etiketlər:  Mançester Sitinin sabiq futbolçusuna ağır cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ