Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 13:40
Bakı. Elnur Bağışov - Trend:
İranda 19 fevraldan bu günədək (20 aprel) 83 505 nəfər koronavirusa (COVID19) yoluxub.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 1 294 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb.
O qeyd edib ki, virus daşıyıcılarından 3 389 nəfərin vəziyyəti ağır və orta ağır olaraq qiymətləndirilir.
Nazirlik rəsmisi ötən 24 saat ərzində daha 91 nəfərin koronavirus nəticəsində öldüyünü və beləliklə İranda ölənlərin sayının 5 209 nəfərə yüksəldiyini deyib.
Cahanpur indiyədək İranda 59 273 nəfərin koronavirusdan sağaldığını deyib.
Qeyd edək ki, İranda koronavirus diaqnozu ilə əlaqədar 353 mindən çox test həyata keçirilib.