Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü

Tarix: 20 Aprel 2020 19:27

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürdü.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürüldü.

Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.

Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər.

Birdəfəlik ödənişlər qarşıdakı günlərdə də davam edəcək.


Etiketlər:  Daha şəxs üçün birdəfəlik vəsait köçürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ