Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A Seriyası ilə bağlı iclas keçirildi - Qərar...

A Seriyası ilə bağlı iclas keçirildi - Qərar...

Tarix: 21 Aprel 2020 10:28

İtaliya A Seriyası Şurası çempionatın mümkün bərpası ilə bağlı iclas keçirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, iclasda koronavirus səbəbindən dayandırılan bu mövsümün  tamamlanması fikri yekdilliklə təsdiqlənib. Bildirilib ki, ölkə hökuməti icarə verəcəyi zaman iştirakçıların sağlamlığı və təhlükəsizliyi qaydalarına riayət edilərək A seriyası bərpa olunacaq.

Qeyd edək ki, bundan əvvəl "Torino", "Sampdoriya", "Bolonya", "Parma", SPAL, "Breşiya", "Udineze" və "Fiorentina"nın çempionatın bərpasına qarşı çıxdığı iddia olunurdu. Ancaq sonra "Fiorentina" və "Parma" bu iddiaları təkzib etmişdi.

 


Etiketlər:  Seriyası ilə bağlı iclas keçirildi Qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ