Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 12:42
Bakı. İlhamə İsabalayeva – Trend:
Keçid ballarını biz müəyyən etmirik. Müsabiqəyə buraxılmaq üçün şərtlər Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilir.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, imtahanlarda ixtisaslar üzrə keçid balları abituriyentlərin bilik səviyyəsinə görə müəyyən edilir:
“Hesab edirəm ki, bu il də müəyyən ixtisaslarda daha yüksək, bəzi ixtisaslarda isə aşağı rəqabət vəziyyəti olacaq”.