Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn mağaza istifadəçilərinə qarşı fişinq hücumları 2 dəfə artıb

Onlayn mağaza istifadəçilərinə qarşı fişinq hücumları 2 dəfə artıb

Tarix: 21 Aprel 2020 20:40

"Ötən ilin eyni dövrü ilə müqayisədə, bu ilin ilk rübündə, onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb. Bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə artıb. Bu rəqəm 9%-dən 18%-ə qədər çoxalıb".

Məlumata görə, insanlar indi evdə daha çox vaxt keçirirlər və bu da alış-veriş və əyləncə üçün müxtəlif onlayn xidmətlərə tələbatın artmasına səbəb olub.

"Əlbəttə ki, təcavüzkarlar bundan istifadə edirlər, istifadəçi məlumatlarını və ya pullarını əldə etmək üçün, tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlarını yaradırlar. Buna görə də, saytların xidmətlərindən istifadə etməzdən əvvəl onu diqqətlə yoxlamanızı məsləhət görürük",

- "Kaspersky"-nin baş məzmun analitiki Tatyana Sidorina bildirib.

Pandemiya səbəbindən həmdə istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də, şişirdilmiş qiymətə maskalar və s. məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən "Kaspersky" koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs tapıb.

Fırıldaqçıların əlinə düşməmək üçün bir neçə əsas qaydalara əməl etmək lazımdır:

• yalnız etibarlı mağazalardan istifadə edin və tanımadığınız linklərə keçid etməyin;

• onlayn alış-veriş üçün ayrıca kart əldə edin və tələb olunan məbləğlə doldurun, bu məqsədlər üçün virtual kartdan da istifadə edə bilərsiniz;

• çox cəlbedici görünən təkliflərə şübhə ilə yanaşın, əksər hallarda onlar yalnış olur;

• brauzerdə saytın ünvanını daxil edin və göndərilən linklərə keçməyin, saxta saytlar həqiqi saytlara çox bənzəyə bilər, lakin adında uyğunsuzluq olur;

• hər bir hesabınız üçün unikal, mürəkkəb şifrə istifadə edin, hətta onlayn mağazalar üçün, və mümkün olduqda giriş üçün ikifaktorlu avtorizasiya quraşdırın;

• Kaspersky Internet Security kimi spam və fişinqdən səmərəli qoruyan etibarlı qoruyucu həll quraşdırın.


Etiketlər:  Onlayn mağaza istifadəçilərinə qarşı fişinq hücumları dəfə artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ