Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Apple MacBook-ların batareya ömrünü uzatmaq üçün vasitə tanıtdı

Apple MacBook-ların batareya ömrünü uzatmaq üçün vasitə tanıtdı

Tarix: 21 Aprel 2020 22:12

Apple MacBook cihazlarının batareya ömrünü uzatmaq üçün inkişaf etdirdiyi yeni vasitəni tanıtdı. Şirkət, Thunderbolt 3 dəstəyi ilə işləyən bütün MacBook-larına yeni macOS Catalina versiyası ilə bu vasitəni təqdim edəcək.

Şirkət, macOS Catalina-ya gətirəcəyi yeni vasitənin MacBook-ların batareya ömrünü uzadacağını bildirdi. MacBook-lar üçün yeni vasitə, standart olaraq şirkətin cihazlarında olacaqdır.

MacBook-ların batareya ömrünü uzatmağı hədəfləyən və bunun üçün vasitə inkişaf etdirən Apple, bu vasitə ilə birlikdə MacBook-ların bəzi hallarda tam doldurulmasının qarşısını alacaq. Yəni bəzi hallarda cihaza nə qədər enerji yüklənsə də, cihaz 100% səviyyəsinə çatmayacaq.

Apple tərəfindən standart olaraq aktivləşdiriləcək "Battery Health Management" batareyanın tam dolmasının qarşısını aldığı üçün kimyəvi köhnəlmənin qarşısına da keçir. İstifadəçilər cihazlarında 100% enerji səviyyəsini görsələr də, batareya heç vaxt tam dolmayacaq.

Apple-ın yeni vasitəsi, lityum-ion batareyasının istilik tarixini və cihazın hansı aralıqla doldurulduğunu araşdıracaq. Bu şəkildə vasitə, batareyanın ömrünü qorumaq üçün lazım olan enerji səviyyəsini hesablayacaq. Apple-ın bu vasitəsi, əsasən MacBook-larını davamlı enerjiyə taxılı istifadə edən istifadəçilər üçün yararlı olacaq.

Milli.Az


Etiketlər:  Apple MacBook ların batareya ömrünü uzatmaq üçün vasitə tanıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ