Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 22:52
Google fırıldaqçılar tərəfindən hər gün koronavirus ilə əlaqəli 18 milyondan çox fişinq məktublarının göndərildiyini aşkar edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Kibercinayətkarlar istifadəçilərin narahatlığından və ekonomik qeyri-sabitlikdən faydalanaraq insanlara fişinq xarakterli e-məktubları göndərməyə başlayıblar.
Fırıldaqçılar Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlar adından istifadəçilərə zərərli linkə keçidi, yaxud ödənişli proqram yükləməyi təklif edirlər.
Google nümayəndələrinin sözlərinə görə, süni intellektə əsaslanan təhlükəsizlik sistemi bu cür mesajları araşdırır və spam, fişinq tipli bildirişlərin 99.9%-dən çoxunu bloklayır.