Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 01:56
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 28 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 28 xəstə dünyasını dəyişib".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 260 nəfərə çatıb.