Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Enrike maaşının azaldılmasını istədi

Enrike maaşının azaldılmasını istədi

Tarix: 22 Aprel 2020 23:02

İspaniya millisinin baş məşqçisi Luis Enrike ölkənin futbol federasiyasının rəhbərliyinə maaşının 25 faiz azaldılması ilə bağlı müraciət edib.

Qol.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, koronavirus səbəbindən yaranan böhranla əlaqədar federasiyaya kömək etmək üçün bu addımı atıb.

İlinə 1.5 milyon avro qazanan ispan mütəxəssisin sayəsində qurum 375 min avro qənaət edə bilər.

Qeyd edək ki, Enrike ilk dəfə 2018-ci ilin iyulunda İspaniya millisinə baş məşqçi təyin olunub. Amma o, qızın ağır xəstəliyi səbəbindən 2019-cu ilin yayında yığmadan ayrılmışdı. 49 yaşlı çalışdırıcı ötən il noyabrın 19-u yenidən milliyə qayıdıb.

 


Etiketlər:  Enrike maaşının azaldılmasını istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ