Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“OPPO” şirkəti ucuz “A12” smartfonunu təqdim edib

“OPPO” şirkəti ucuz “A12” smartfonunu təqdim edib

Tarix: 23 Aprel 2020 07:52

"OPPO" şirkəti "OPPO A12" smartfonunu təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Corning Gorilla Glass 3" qoruyucu şüşəsinə malik qurğunun IPS ekranının diaqonalı 6,2 düym təşkil edir. Ekranda 5 meqapiksellik ön kamera üçün kəsik nəzərdə tutulub. Qurğunun əsas kamerası 13 və 2 mp-lik iki sensordan ibarətdir. Arxa panelə quraşdırılmış barmaq izləri skaneri aparatı blokdan çıxartmaq üçün nəzərdə tutulub.

Smartfon 8 nüvəli "MediaTek Helio P35" prosessoru, konfiqurasiyadan asılı olaraq 3/4 QB əməli yaddaş, 32 və ya 64 QB daxili yaddaşla ("microSD" yaddaş kartının köməyi ilə 256 QB-dək artırıla bilər) təchiz edilib. Smartfonun akkumulyatorunun tutumu 4230 milliamper/saat təşkil edir. "OPPO A12" smartfonu "ColorOS 6.1" interfeysli "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir.


Etiketlər:  OPPO şirkəti ucuz smartfonunu təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ