Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 08:44
"OPPO" şirkəti öz rəsmi saytında yeni smartfonunu təqdim etməklə qabaqcıl "Find X2" smartfonunun "Lite" versiyasının çıxarılması ilə bağlı şayiələrə son qoyub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "OPPO Find X2 Lite" aparatı "Full HD " təsvir ölçülü, tərəflər nisbəti 20:9, maksimal parlaqlığı 600 nit və yeniləmə tezliyi 60 Hs olan 6,4 düymlük OLED displeylə təchiz edilib. "Corning Gorilla Glass 5" qoruyucu şüşəsi ekranı cızıqlardan qoruyur.
Yeni cihaz 8 nüvəli "Snapdragon 765G" prosessoru ilə işləyir, avtonom və qeyri-avtonom şəbəkələrdə iş rejimini dəstəkləyən "5G" modemlə təchiz edilib. Modelin əməli yaddaşının tutumu 8 QB, daxili yaddaşının tutumu isə 128 QB-dır. Aparat, həmçinin təmassız ödəniş üçün NFC çipi ilə təchiz edilib.
Qurğunun əsas kamerası 4 moduldan ibarətdir: 48 mp-lik əsas (f/1.78), 8 mp-lik genişbucaqlı optika, həmçinin 2 mp-lik portret sensoru və 2 mp-lik ağ-qara datçik. Model 4K@ 30 fps formatında video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.
Smartfon "VOOC 4.0" sürətli enerjidoldurma texnologiyasına malik 4025 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qurğu "ColorOS 7" interfeysli "Android 10" sisteminin idarəetməsi altında işləyir.