Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 11:08
"Bavariya"nın qapıçısı Manuel Noyerlə klub rəhbərliyi arasında yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş olub.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper danışıqlarda mövqeyini dəyişib. O, maaşla bağlı tələblərini azaldıb və Münhen təmsilçisində qalmaq istədiyini bildirib.
"Bavariya"nın öz təklifini yaxşılaşdırmağı planlaşdırmadığı və alman qapıçıya 2023-cü ilin yayına kimi müqavilə təklif edəcəyi vurğulanıb.
Qeyd edək ki, Noyerin Bundesliqa təmsilçisindən 2025-ci ilin yayına kimi müqavilə və ilinə 20 milyon avro istədiyi bildirilirdi.