Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın TRACECA-dakı daimi nümayəndəsi avtomobil yük daşıyıcılarının üzləşdiyi problemlərdən yazdı

Azərbaycanın TRACECA-dakı daimi nümayəndəsi avtomobil yük daşıyıcılarının üzləşdiyi problemlərdən yazdı

Tarix: 23 Aprel 2020 13:52

Azərbaycanın TRACECA-dakı daimi nümayəndəsi Akif Mustafayev avtomobil yük daşıyıcılarının üzləşdiyi problemlər barədə yazıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində bildirib.

A.Mustafayevin sözlərinə görə, hazırda koronavirus pandemiyası şəraitində bir sıra ölkələr daha təhlükəsiz, iqtisadi səmərəli və ekoloji hesab olunan dəmir yolu daşımalarına üstünlük verir.

"Avtomobil yük daşıyıcıları sərt sanitar nəzarət qaydaları ilə əlaqədar böyük problemlərlə üzləşir".

Qeyd edək ki, TRACECA dəhlizi ilə əsas yük daşımaları Qərbi və Mərkəzi Avropa ilə Mərkəzi və Cənub-Şərqi Asiya arasında həyata keçirilir.

Milli.Az


Etiketlər:  Azərbaycanın TRACECA dakı daimi nümayəndəsi avtomobil yük daşıyıcılarının üzləşdiyi problemlərdən yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ