Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bonilya zirvədə, Qadze bir addımlıqda

Bonilya zirvədə, Qadze bir addımlıqda

Tarix: 23 Aprel 2020 16:18

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü “Zirə”nin ən məhsuldar futbolçuları siyahısında lider dəyişikliyinə səbəb olmayıb.

Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, çempionatının yüksək dəstəsində “qartallar”ın ən yaxşı bombardiri olan Nelson Bonilya 14 qolla mövqeyini qoruyur.

İkinci sıradakı Riçard Qadzenin yeri dəyişməz qalsa da, cari mövsümdəki üç qolla Bonilyanın bir addımlığınadək irəliləyib. Qış fasiləsində komandadan ayrılan Xulio Sezar Rodrigez liderdən 2, Riçarddan 1 top geridədir.

 


Etiketlər:  Bonilya zirvədə Qadze bir addımlıqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ