Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 21:12
"COVID-19" pandemiyasına görə iPhone smartfonlarının satışı nəzərə çarpacaq dərəcədə azalacaq.
TED.az xəbər verir ki, bu haqda "Goldman Sachs" investisiya şirkəti məlumat yayıb.
Məlumata əsasən, bir çox ölkələrdə tətbiq olunan məhdudiyyətə görə sözügedən smartfon satışı 36% azalacaq.
Bundan başqa, "Goldman Sachs" mütəxəssisləri ehtimal edirlər ki, Apple şirkətinə məxsus bir çox cihazın qiyməti ucuzlaşacaq. Pandemiya bitdikdən sonra belə şirkətin istehsal etdiyi bəzi qurğuların qiyməti bahalaşmayacaq.