Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni Depp həyatında ilk dəfə sosial şəbəkə hesabı yaratdı – SƏBƏB

Conni Depp həyatında ilk dəfə sosial şəbəkə hesabı yaratdı – SƏBƏB

Tarix: 23 Aprel 2020 21:20

Hollivud aktyoru Conni Depp "Instagram"da qeydiyyatdan keçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, o, 4 gün içində 3,5 milyon izləyici toplamağı bacarıb.
"Hamıya salam. Mən sizin üçün maraqlı nəsə çəkirəm. Mənə bir dəqiqə vaxt verin", - deyə aktyor ilk paylaşımını edib.
C.Deppin paylaşımı 1,7 milyondan çox bəyənmə alıb, 100 min istifadəçi paylaşıma şərh yazıb.
Daha sonra sənətçi sosial şəbəkə hesabında video paylaşıb.

"Bu görünməz düşmən təhlükəsi artıq faciəyə səbəb olub, insanlara böyük ziyan vurduğu üçün dialoqa başlamağın vaxtı gəldi", - deyə o qeyd edib.
Xatırladaq ki, bu vaxta qədər C.Depp heç bir sosial şəbəkədən istifadə etməyib.

Milli.Az


Etiketlər:  Conni Depp həyatında ilk dəfə sosial şəbəkə hesabı yaratdı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ