Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlanıb

Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlanıb

Tarix: 23 Aprel 2020 23:46

Koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb.

Sonxeber.net bildirir ki, bu barədə məlumat TƏBİB-in tibb işçiləri üçün Müvəqqəti Rəhbərlikdə yer alıb.

Bildirilib ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19  diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.

Qaydaya əsasən, cənazənin qəbrə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə cənazə qəbrə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.

Məlumata əsasən, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.

Qeyd olunub ki, digər məsələlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirilir.

COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları da açıqlanıb.

"Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir", - deyə Rəhbərlikdə qeyd olunub.


Etiketlər:  Koronavirusdan ölən şəxslərin Azərbaycanda dəfn proseduru açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ