Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 00:56
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 37 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 37 xəstə dünyasını dəyişib. Ölənlər 37-86 yaşlarında olub".
Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 325 nəfərə çatıb.