Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Telegraph'': Boris Conson aprelin 27-də işə qayıtmağı planlaşdırır

''Telegraph'': Boris Conson aprelin 27-də işə qayıtmağı planlaşdırır

Tarix: 24 Aprel 2020 04:28

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson aprelin 27-dən vəzifələrinin icrasına qayıtmağı planlaşdırır.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Telegraph" qəzeti məlumat verir.

Bildirilir ki, baş nazir köməkçilərinə gələn həftə nazirlərlə fərdi görüşlər təşkil etməyi tapşırıb.

Qeyd edilir ki, B.Conson müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən xarici işlər naziri Dominik Raab ilə hər gün danışır, müşavirlərlə iclaslar keçirir və sənədlərlə tanış olur. B.Consonun gələn həftə hökumətin iclasına rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Bpris Conson koronavirusa yoluxmuşdu. Aprelin 12-si BşConson sağalaraq xəstəxanadan evə buraxılıb.


Etiketlər:  Telegraph Boris Conson aprelin işə qayıtmağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ