Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Kim Çen Inın səhhətində ciddi problemlərin olduğuna inanmır

Tramp Kim Çen Inın səhhətində ciddi problemlərin olduğuna inanmır

Tarix: 24 Aprel 2020 05:28

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KİV-lərdə KXDR lideri Kim Çen Inın səhhətində ciddi problemlərin olduğu barədə məlumatları yanlış hesab edir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

ABŞ prezidenti bildirib: "Mən düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir".

D.Tramp bildirib ki, KXDR liderinin səhhətində ciddi problemlərin olduğu barədə məlumatları yayan jurnalistlər "köhnə sənədlərdən" istifadə etmiş ola bilərlər: "Düşünürəm ki, söhbət "CNN" tərəfindən yayılan "feyk" məlumatdan gedir".


Etiketlər:  Tramp Çen Inın səhhətində ciddi problemlərin olduğuna inanmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ