Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 11:06
Bakı. Samir Əli - Trend:
Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zərruri istintaq tədbirləri həyata keçirilir.
Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.