Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya klubu koronavirus zəfərini rəsmən açıqladı

İtaliya klubu koronavirus zəfərini rəsmən açıqladı

Tarix: 24 Aprel 2020 12:46

İtaliyanın "Sampdoriya" klubunda koronavirusa yoluxan bütün futbolçular sağalıb.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, klubda koronavirus testi müsbət çıxan bütün futbolçular və məşqçilər tamamilə sağalıb. Onlardan götürülən sonuncu analizlərin cavabı mənfi çıxıb.
 
"Sampdoriya"da daha öncə 15 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı. Onların arasında futbolçular Manolo Qabbyadini, Albin Ekdal, Antonino La Qumina, Morten Torsbi, Yakub Yankto, Fabio Depaoli və Bartoş Bereşinski də var idi.


Etiketlər:  İtaliya klubu koronavirus zəfərini rəsmən açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ