Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 13:44
Bakı. Trend:
Çinin Uhan şəhərində koronavirusa yoluxan sonuncu ağır xəstə müalicə edilib.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə və Gigiyena məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.
Hazırda koronavirusun yayılmağa başladığı ilk şəhər olan Uhanda müalicəsini davam etdirənlərin sayı 915 nəfərə bərabərdir. Onların xəstəliyinin yüngül formada keçdiyi deyilir.
İndiyədək Uhan şəhərində 50 mindən çox yoluxma qeydə alınıb, 3 869 nəfər həyatını itirib.