Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 19:18
Ölkədə koronavirusa görə hər milyon nəfərə düşən testlərin sayı 1064 təşkil edir ki, bu da dünya üzrə yüksək göstəricilərdəndir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ölkəmizdə koronavirus xəstəliyinin aşkarlanması üçün bütün imkanlar var.
R.Bayramlı qeyd edib ki, ölkədə yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir:
"Vətəndaşların dəstəyi çox önəmlidir. Çağrı mərkəzində könüllülər çalışmağa başlayıb. Çağrı mərkəzlərinin əsas fəaliyyəti koronavirusla bağlı məlumatların verilməsi, psixoloji dəstəyin göstərilməsidir".
R.Bayramlı qeyd edib ki, çarpayı fondunun genişləndirilməsi üçün 10 modul tipli xəstəxananın tikilməsinə başlanılıb: "Bu xəstəxanalar qısa müddətdə açılacaq və həkimlərimiz təlimdən keçərək orada fəaliyyətə başlayacaqlar".