Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 20:16
Hazırda Azərbaycanda 2 cür karantin var.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, hazırda ev şəraitində 3 minə yaxın şəxs karantində saxlanılır və gündəlik səhhətləri nəzarətdədir:
"Xaricdən gələn şəxslər də karantinə götürülür və ayrılmış xüsusi yerlərdə nəzarətdədirlər. Hazırda xaricdən gəldiyi üçün karantində saxlanılanların sayı 5 minə yaxındır".