Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

G20-nin videokonfransı son dəqiqədə təxirə salınıb

Tarix: 25 Aprel 2020 10:36

G20 ölkələri liderlərinin ikinci videokonfransı son dəqiqədə təxirə salınıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, buna ABŞ və Çin arasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu barədə fikir ayrılığı səbəb olub.

Qeyd olunur ki, iclasdan əvvəl ABŞ koronavirus epidemiyası yayılmağa başladığı vaxt ÜST-ün fəaliyyəti barədə hesabat verməsini tələb edib. Çin tərəfi isə təşkilatın fəaliyyətini araşdırmaqdan imtina edib.

Bununla əlaqədar olaraq, videokonfransın keçirilməməsi qərara alınıb. G20-nin növbəti videokonfransı tərəflər arasında fikir ayrılıqları aradan qalxandan sonra keçiriləcək.


Etiketlər:  videokonfransı dəqiqədə təxirə salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ