Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 16:54
"Monpelye"nin futbolçusu Junior Sambiyada koronavirusa aşkarlanıb.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, çərşənbə axşamı xəstəxanaya yerləşdirilən 23 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu, Fransa Liqasında iştirak edən oyunçular arasında ilk yoluxma olub.
Vəziyyəti ağır olan fransalı futbolçunun süni koma vəziyyətinə salındığı vurğulanıb.
J.Sambiyanın agenti Frederik Qerra yarımmüdafiəçinin evdə karantin şərtlərinə əməl etdiyini bildirib. O, J.Sambiyanın böyük ehtimalla mağazalardan birində koronavirusa yoluxduğunu söyləyib.