Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 20:44
"China Mobile" və "Huawei" rabitə sahəsində əhəmiyyətli bir addım ataraq, dünyanın ən hündür dağı olan Everestdə 5G əhatə dairəsini təmin etmək üçün antenalar yerləşdirib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Çinin texnologiya nəhəngi ilə operatorlarını təmsil edən "China Mobile" mühəndisləri, 5G antenalarını Everest dağının iki ayrı zirvəsində yerləşdirib. 5G antenalarının Everestin zirvəsinə qoyulmasının rabitə sahəsində tarixi bir an olduğu hesab edilir.
5300 metr ilə 5800 metr hündürlükdəki bölgələrə yerləşdirilən antenaları dağa çıxararkən yaranmış ən böyük çətinlik 8 tonluq avadanlığı dağa aparmaq idi. Ümumilikdə beş ədəd 5G NSA və SA antenası yerləşdirilsə, sürət bölgənin fərqli nöqtələrində 1 Gbps-ə qədər arta bilir. Mühəndislərin mübarizəsinin ikinci mərhələsi aprelin 25-də başlayacaq. Yeni hədəf 6500 metrə yeni bir antena yerləşdirməkdir.
8 tonluq avadanlığı dağa daşımaq üçün ümumilikdə 150 nəfər çalışıb. Çətin coğrafi şərtlərə görə, bu proses çox əziyyətli idi. Bununla yanaşı, təbiətə zərər verməmək lazım idi, lakin "Huawei" məlumat stansiyalarını sərt şərtlərdə yerləşdirmə qabiliyyəti ilə tanınır.
Dəniz səthindən 8 848 metr yüksəklikdə olan Everest, 2013-cü ildən etibarən 4G əhatə dairəsinə malikdir. Beləcə alpinistlər bazalarına HD video görüntüləri göndərə bilir.