Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 23:40
Koronavirus pandemiyasından sonra ən çox istifadə edilən platformalardan biri də Netflix olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət bunu nəzərə alaraq istifadəçilər üçün yenilik edərək ekran kilidi funksiyasını istifadəyə verib. Yenilikdən öncə istifadəçilər ekrana toxunduqda yanlışlıqla filmi dayandırdıqlarından və ya filmdən çıxış verdiklərindən şikayətlənirdilər. Yeni ekran kilidi düyməsi bu kimi halların qarşısını alacaq və səhifənin sol aşağı küncündə yerləşəcək. Düyməyə vurduqda "davam et" və ya "dayandır" seçimləri gələcək. Yeniliyin öncə İOS cihazlarında tətbiq ediləcəyi gözlənilir.